XƏBƏR, İQTİSADİYYAT
20-05-2020, 17:42

Bölgələrdə fermerlərə səyyar xidmətlərin göstərilməsinə Şəmkirdən başlandı

Bölgələrdə fermerlərə səyyar xidmətlərin göstərilməsinə Şəmkirdən başlandı

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə fermerlərə səyyar xidməti davam etdirir.

Qərbinfo.az xəbər verir ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları Şəmkir rayonunun ucqar dağ kəndlərində yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı səyyar xidmətə başlayıblar. Şəmkir rayonunun dağlıq ərazilərdə yerləşən Günəşli, Varlı həyat və Yeni Göyçə kəndlərində yazlıq əkinlərin bəyanı ilə əlaqədar 37 fermerə səyyar xidmət göstərilib. Növbəti günlərdə rayonun Dağ Cəyir, Aşağı Çaykənd və Yuxarı Çaykənd kəndlərində mikroavtobuslar vasitəsilə fermerlərə səyyar xidmət təşkil olunacaq. Bu gündən isə Şəki rayonunda fermerlərə səyyar xidmət göstərilməsinə start verilib.

Qeyd edək ki, layihəyə ilk dəfə olaraq, Şəmkirdən start verilib.

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları indiki mərhələdə rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə səyyar xidmətin təşkilinə cəlb olunublar.

Xidmətin təşkili zamanı xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Fermerlər xidmət növbəsinə yazılır, onlara tibbi maskalar paylanır, gözləmə zamanı sosial məsafənin qorunmasının zəruriliyi ilə bağlı təlimatlandırılırlar. Xidmət göstərilən mikroavtobuslarda gündəlik dezinfeksiya işləri aparılır.

Son Xəbər