XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
20-05-2020, 17:23

Şəmkirdən müəllim və şagird heyəti Prezident İlham Əliyevə minnətdarlıq edir

Şəmkirdən müəllim və şagird heyəti Prezident İlham Əliyevə minnətdarlıq edir

Şəmkir rayonundan müəllim, tələbə və şagirdlər Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Qərbinfo.az-ın məlumatına görə, Şəmkir rayonundan Könül Məmmədova, Günay İsayeva, Xatın Hüseynova və Vüsalə Yolçuyeva yazırlar:

“Möhtərəm cənab Prezident, biz Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız koronavirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı. Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi.

Cənab Prezident, Allah Sizi daim qorusun! Çox sağ olun”.






Son Xəbər