XƏBƏR, SİYASƏT
20-05-2020, 12:21

ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana yardım ayırıb

ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana yardım ayırıb

ABŞ COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 3,6 milyon dollara yaxın vəsait ayırıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir.

Qeyd olunub ki, həmin məbləğin 3 milyon dolları laboratoriya sistemlərinin hazırlanması, koronavirusa yoluxma hallarının aşkarlanması üzrə işlərin fəallaşdırılması, texniki ekspertlərin dəstəklənməsi və bu istiqamətdə digər tədbirlər üçün ayrılıb. Bundan başqa, daha 565 min dollar isə pandemiya zamanı miqrant və qaçqınlara humanitar yardımı əhatə edir.

Son 20 ildə ABŞ Azərbaycana ümumilikdə 894 milyon dollardan çox, o cümlədən səhiyyə sahəsinə 41 milyon dollara yaxın sərmayə qoyub.






Son Xəbər