XƏBƏR, SİYASƏT
19-05-2020, 13:00

Nikol Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb

Nikol Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb

Nikol Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, erməni mətbuatında AXC rəhbərliyinə, onun liderinə qarşı kütləvi böhtan və şər yağdırılır:

"Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, “mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”. Bu, Paşinyanın sayıqlamasıdır. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”.






Son Xəbər