XƏBƏR, SOSİAL, VİDEO
19-05-2020, 10:41

Şəmkir GİKM könüllüərinin örnək fəaliyyətləri-VİDEO

Şəmkir GİKM könüllüərinin örnək fəaliyyətləri-VİDEO

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.

Qərbinfo.az-ın məlumatına görə, AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində Şəmkir Gənclərinin İnkişaf və Kariyera Mərkəzinin könüllüləri tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.

Həmçinin Şəmkirdə keçirilən koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına töhfə verə biləcək "Qanvermə aksiyası"nda da könüllülər fəal iştirak ediblər.

Şəmkir könüllüləri rayonda keçirilən bütün tədbirlərdə səfərbər olunur, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilir.






Son Xəbər