XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
19-05-2020, 09:00

Şəmkir rayon sakini Prezidentə minnətdarlıq edir

Şəmkir rayon sakini Prezidentə minnətdarlıq edir

Şəmkir rayon sakini Mehdi Həsənov suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə gör Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az-ın məlumatına görə Mehdi Həsənov məktubda belə qeyd edir:

"Möhtərəm cənab Prezident.

Respublikamızın müxtəlif bölgələrindən Sizlərə gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalq dünyanın üzləşdiyi bəladan az itkilərlə çıxdığına, həmçinin ölkənin davamlı inkişafı üçün görülən işlərə görə Sizə səmimi ürək sözlərini yazır. Siz torpaqlarımızı azad etmək, ölkə iqtisadiyyatının inkişafı etdirmək üçün gecə-gündüz çalışırsınız. Koronavirus pandemiyasının Azərbaycanda yayıldığı gündən onun qarşısını almaq üçün həyata keçirilən qabaqlayıcı tədbirlər ən düzgün qərarlar idi.

Cənab Prezident, Sizin sayənizdə ölkəmizdə torpaqların suvarma suyu ilə təminatı istiqamətində böyük işlər görülür. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artar, insanların dolanışığı da yüksələr. Sizin “Hər damcı su bizim üçün önəmlidir... Biz suyun hər bir damcısının qədrini bilməliyik” sözləriniz xalq arasında çox yüksək dəyərləndirilir.

Digər bölgələrdə olduğu kimi, Şəmkir rayonunda da subartezian quyuları qazılır və əhalinin istifadəsinə verilir. Son illərdə Sizin bu sahəyə diqqətiniz su qıtlığı problemini aradan qaldırmaqdadır. Dövlət tərəfindən ayrılan vəsaitlər, görülən işlər əkin sahələrinin suvarma suyu ilə təminatını xeyli yaxşılaşdıracaq.

Cənab Prezident, ölkəmizin inkişafı naminə gördüyünüz işlərdə Sizə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Həsənov Mehdi.

Azərbaycan Respublikası, Şəmkir rayonu."






Son Xəbər