XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
18-05-2020, 18:24

Şəmkir sakini Prezident İlham Əliyevə minnətdarlıq etdi

Şəmkir sakini Prezident İlham Əliyevə minnətdarlıq etdi

Şəmkir rayonu Qaracəmirli kənd sakini Süleymanova Mətanət Məmməd qızı aztəminatlı ailələrə gösərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az-ın məlumatına görə minnətdarlıq məktubuda deyilir:

"Hörmətli cənab Prezident.

Sizə dualarım sonsuzdur. Siz ali və sağlam mühitdə böyümüş Lidersiniz. Buna görə də xalqımıza, millətimizə, ölkəmizə bu çətin günlərdə böyük dəyər verdiniz, əlinizdən gələni ölkə vətəndaşlarından əsirgəmədiniz.

Koronavirusa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Sizin insanpərvər davranışınız bir daha sübut etdi ki, Azərbaycan xalqı ən ekstremal hallarda belə sahibsiz deyil. Aztəminatlı ailələrə göstərilən qayğı, sahibkarlara dəstək təqdirəlayiqdir, unudulmazdır. Hamı kimi, mən də Sizin siyasətinizi dəstəkləyir, Sizə və Mehriban xanım Əliyevaya cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətli cənab İlham Əliyev, bu çətin günlərdə Sizə və bütün xalqımıza bir daha dözüm, möhkəm iradə, səbir diləyirəm.

Hörmətlə,

Süleymanova Mətanət Məmməd qızı.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Qaracəmirli kəndi."






Son Xəbər