XƏBƏR, İQTİSADİYYAT
17-05-2020, 12:54

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Mayın 1-nə olan məlumata görə, Gürcüstanın 5,69 milyard ABŞ dolları xarici borcu var. Qonşu ölkənin xarici borcunda Azərbaycanın payı dəyişməyib.

Hazırda Gürcüstanın Azərbaycana 6,29 milyon dollar borcu var.

Qərbinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında deyib.

Gürcüstanın xarici borcunun 5,44 milyard dolları hökumətin payına düşür. Gürcüstanın ən çox Almaniyaya borcu var (366,44 milyon dollar). Siyahıda ikinci yerdə 318,69 milyon dollarla Fransa, üçüncü yerdə isə 217,52 milyon dollarla Yaponiya dayanır.






Son Xəbər