XƏBƏR, MƏDƏNİYYƏT
17-05-2020, 11:31

"Eurovision" 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək

"Eurovision" 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək

"Eurovision" mahnı müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, Avropa Yayım Birliyi bununla bağlı qərar qəbul edib.

Məlumata görə, iştirakçı ölkələr gələn il baş tutacaq müsabiqədəki nümayəndələrini saxlaya və dəyişdirə bilərlər.

Qeyd edək ki, bu il Rotterdamda keçirilməsi nəzərdə tutulmuş “Eurovision” mahnı müsabiqəsi COVID-19 pandemiyasına görə ləğv olunub.






Son Xəbər