XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL, VİDEO
17-05-2020, 09:00

Şəmkirdə gənc ailələrin baramaçılığa marağı artmaqdadır - VİDEO

Şəmkirdə gənc ailələrin baramaçılığa marağı artmaqdadır - VİDEO

Prezident İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası Şəmkir rayonunda uğurla icra olunur.

Qeyd edəki, bu istiqamətdə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən biri olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq məqsədi ilə rayonda bu sahənin prespektivləri mövzusunda maariləndirmə işləri, mütamadi olaraq aparılmaqdadır.

Qərbinfo.az-ın məlumatına görə aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, bu gün Şəmkir rayonunda gənc ailələrin bu sahəyə marağı artmaqda davam edir.

Qeyd edək ki, "Qərbinfo.az" bu ailələrdən birinin təsərrüfatında oldu.

Şəmkir rayon Bayramlı kənd sakini Həsənova Əfsanə Sədrəddin qızı öz təsərrüfatında, ilk dəfədir ki, baramaqurdu bəsləməklə məşğul olur. Gənc kümçünün dediyinə görə, baramaçılıqla məşğul olan ailələrin təsərrüfatında olub və bu məşğuliyyət onun marağına səbəb olub. Ə.Həsənova öz təşəbbüsü ilə şəxsi təsərrüfatında baramaqurdu bəsləmək qərarına gəlib.

Təfərrüatı video-süjetimizdə.






Son Xəbər