XƏBƏR, DÜNYA
15-05-2020, 09:29

ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır

ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır

Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmalıdırlar.

Qərbinfo.az "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Klyuqe deyib.

H.Klyuqe bildirib: "Mən ikiqat dalğadan çox narahatam: payızda bizdə COVİD-19-un ikinci dalğası və daha bir - mövsümi qrip və ya qızılca dalğası ola bilər".

Avropa koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətləri yumşaldarkən diqqətli olmalıdır. Hazırda koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, Avropanın 43 ölkəsindən 32-si məhdudiyyətləri yumşaldır.

Direktor qeyd edib ki, izolyasiya koronavirusa əhəmiyyətli təsir göstərməyib, çünki buna qarşı vaksin və ya müalicə yoxdur.






Son Xəbər