XƏBƏR, İQTİSADİYYAT
14-05-2020, 08:14

Azərbaycan 3 ölkəyə faraş kartof ixracına başladı - RƏSMİ

Azərbaycan 3 ölkəyə faraş kartof ixracına başladı - RƏSMİ

Azərbaycan xarici ölkələrə faraş kartof ixracına başlayıb.

Bu barədə Qərbinfo.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, hazırda Cəlilabad və Şəmkir rayonlarında faraş kartof yığımına başlanılıb:

"Faraş kartof yığımı yüksək səviyyədə davam edir. Hazırda faraş məhsulu daxili bazarla yanaşı xaricə də ixrac olunur. Azərbaycan fermerləri əsasən Ukrayna, Rusiya və Belarusa faraş kartof ixrac edir. Sahibkarların mallarını ixrac etməsi üçün bütün şərait yaradılıb. Ölkədə karantin rejiminin elan olunmasına baxmayaraq, fermerlərin mal ixrac etməsinə heç bir maneəçilik törədilmir. Artıq 10 gündür ki, Azərbaycan xaricə faraş kartof ixracını davam etdirir".






Son Xəbər