XƏBƏR, İQTİSADİYYAT
13-05-2020, 11:24

Azərbaycan neftinin qiymətləri dəyişib

Azərbaycan neftinin qiymətləri dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 12-də 30,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Bu barədə Qərbinfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 29,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 26,45 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel çoxdur.






Son Xəbər