XƏBƏR, İDMAN
12-05-2020, 09:16

Azərbaycan çempionatları ləğv olundu

Azərbaycan çempionatları ləğv olundu

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqasında 2020/21 mövsümü ləğv olunub.

Qərbinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası qərar qəbul edib..

Federasiya ölkə çempionatlarında eyni sayda oyunların keçirilməməsi və təxirə salınan qarşılaşmaların olduğu üçün belə addım atıb.

Super Liqa və Yüksək Liqa ilə yanaşı, martın 14-də dayandırılan qadın və kişilər arasında I Liqanın nəticələri də ləğv edilib.






Son Xəbər