XƏBƏR, DÜNYA
11-05-2020, 22:28

Koronavirusa yoluxan Baş Nazir xəstəxanada işini davam etdirir

Koronavirusa yoluxan Baş Nazir xəstəxanada işini davam etdirir

Bu il aprelin sonunda COVID-19 diaqnozu qoyulan Rusiyanın Baş Naziri Mixail Mişustin xəstəxanada müalicəsini davam etdirir.

Qərbinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat katibi Boris Belyakov bildirib.

Onun sözlərinə görə, həkimlər Mişustinin sağlıq durumunda müsbət tendensiyanın olduğunu qeyd ediblər.

Belyakov, həmçinin vurğulayıb ki, hökumət başçısı məsafədən işləməyə davam edir: “Həmkarları ilə videokonfrans və telefon vasitəsilə görüşlər keçirir. Prezidentlə daim təmasdadır”.






Son Xəbər