XƏBƏR, DÜNYA
10-05-2020, 19:51

“Taliban” 28 əfqan əsirini azad etdi

“Taliban” 28 əfqan əsirini azad etdi

“Taliban” hərəkatı 28 əfqan əsirini sərbəst buraxıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə "Taliban"ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Suheyl Şahin bildirib.

"İslam Əmirliyi tərəfindən məhbusların azad edilməsinin sürətləndirilməsi çərçivəsində dünən Kabil administrasiyasından daha 28 məhbus Herat vilayətində sərbəst buraxılıb",- deyə S.Şahin "Twitter" səhifəsində yazıb.

"Taliban" Əfqanıstan hakimiyyətindən ABŞ ilə razılaşma əsasında 5 min məhbusun sərbəst buraxılmasını tələb edir. Əfqanıstan hökuməti tədricən 1500 məhkumun sərbəst buraxılmasına razılıq verib.

Əfqanıstan Milli Təhlükəsizlik Şurası ölkə hakimiyyətinin hazırda radikal "Taliban" hərəkatının min nümayəndəsini həbsdən azad etdiyini bildirib.

Qeyd edək ki, fevral ayının sonunda Qətərdə ABŞ və "Taliban" 18 ildən çox davam edən müharibədə ilk sülh sazişini imzalayıb. Bu da 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi sazişindən sonra mart ayında əfqanlararası dialoqun başlanmasını təmin edib.






Son Xəbər