XƏBƏR, İDMAN
7-05-2020, 12:27

UEFA Azərbaycan klublarına pul ayırdı

UEFA Azərbaycan klublarına pul ayırdı

UEFA Azərbaycan Premyer Liqasının klublarına pul ödəyib.

Qərbinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün UEFA tərəfindən ayrılmış 1 137 773.20 avro pul vəsaiti AFFA-nın vasitəsilə aşağıdakı siyahıda göstərilmiş klubların hesabına köçürülüb:

“Qarabağ” – 436,696.69 avro

“Neftçi” – 210,117.58 avro

“Səbail” – 172,144.67 avro

“Sabah” – 88,895.90 avro

“Qəbələ” – 80,514.21 avro

“Sumqayıt” – 64,651.56 avro

"Zirə” – 47,870.83 avro

“Keşlə” – 36,881.76 avro

Qeyd edilib ki, “Keşlə” Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.






Son Xəbər