XƏBƏR, İQTİSADİYYAT
5-05-2020, 19:29

Tərəvəzçiliklə məşğul olanların nəzərinə: Yeni xiyar tərəvəzi sortu yaradılıb

Tərəvəzçiliklə məşğul olanların nəzərinə: Yeni xiyar tərəvəzi sortu yaradılıb

Tərəvəzçilik ET İnstitutunda mənşəyi müxtəlif bölgələr olan Kardio sortu ilə Biryuçekutski-193 sortunun hibridləşdirilməsindən yeni xiyar tərəvəzi-"AZƏRİ" sortu alınmışdır.

Qərbinfo.az-a verilən məlumata görə, alınan sort ortayetişəndir. Cücərtilərin əmələ gəlməsindən birinci yığıma qədər 46-50 gün, yay səpini şəraitində isə 40-45 gün keçir.

Məlumatda qeyd olunur ki, yeni sortun meyvələri ovalvari, böyük və yaşıl rəngdə olur.

Qeyd edək ki, bu sort saxlanmaya yararlıdır. Eyni zamanda uzun müddət əmtəəlik keyfiyyətini saxlayan, unlu şeh xəstəliyinə və quraqlığa davamlıdır.

Bu sortu yazda açıq sahədə, pərdə örtüklü qurğuda və yay səpinində əkilmək tövsiyyə olunur.






Son Xəbər