XƏBƏR, İQTİSADİYYAT
5-05-2020, 18:09

195-2 Çağrı Mərkəzinə edilən müraciətlərin sayı 4 dəfə artıb

195-2 Çağrı Mərkəzinə edilən müraciətlərin sayı 4 dəfə artıb

Bu ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 8 322 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, müraciətlər əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, nəzərdə tutulan vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin alınma mexanizmi, investisiya təşviqi, təsdiqedici sənədlərin alınması, həmçinin nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Onların əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətləri isə nazirliyin aidiyyəti strukturları araşdıraraq qanunvericiliyə uyğun tədbirlər görüb və müraciət edən şəxslərə cavab verilib.






Son Xəbər