XƏBƏR, SOSİAL
4-05-2020, 19:06

Ölkədə COVID-19-dan sağalanların sayı açıqlandı

Ölkədə COVID-19-dan sağalanların sayı açıqlandı

Bu günə qədər Azərbaycanda 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qərbinfo.az -a verilən məlumata görə, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.






Son Xəbər