XƏBƏR, SOSİAL
4-05-2020, 21:23

800-dən çox avtobus sürücüsü koronavirus testindən keçib

Bakı Nəqliyyat agentliyinin 800-dən çox sürücüsü koronavirusa görə yoxlanılıb və nəticələri mənfi olub.

Qərbinfo.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sürücülər arasında yoluxma faktı qeydə alınmayıb: “Qarajlarda ciddi dezinfeksiya tunelləri quraşdırmışıq, sürücüləri orada dezinfeksiya edirik və həkim yoxlamasından keçiririk”.






Son Xəbər