XƏBƏR, DÜNYA
4-05-2020, 19:54

İŞİD-in kəşfiyyat rəhbəri Əfqanıstanda tutuldu

İŞİD-in kəşfiyyat rəhbəri Əfqanıstanda tutuldu

Əfqanıstan hərbçiləri ölkənin şərqindəki Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının "kəşfiyyat xidmətinin" rəhbərini saxlayıblar.

Qərbinfo.az xəbər verir ki, bu barədə əlayət qubernatorunun administrasiyası məlumat yayıb.

"İŞİD-in kəşfiyyat rəisi, Zərif kimi tanınan Moqhin Azhar yoldaşı Fəridullahla birlikdə Əfqanıstan milli ordusunun xüsusi təyinatlıları tərəfindən Nanqarhar əyalətinin Behsud bölgəsində tutulub",- deyə məlumatda qeyd edilib.

Əfqanıstan ordusu, həmçinin Kalaşnikov avtomatı, beş ədəd mobil telefon və Pakistan vətəndaşlarına məxsus şəxsiyyət vəsiqələrini müsadirə edib.






Son Xəbər