XƏBƏR, DÜNYA
4-05-2020, 18:57

Ermənistanda 500 min nəfər koronavirusa yoluxa bilər

Ermənistanda 500 min nəfər koronavirusa yoluxa bilər

Ermənistanda 500 min nəfər koronavirusa yoluxa bilər.

Qərbinfo.az erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan proqnozlaşdırıb.

O bildirib ki, virusdan ölənlərin sayı min nəfəri ötə bilər.

Nazir əlavə edib ki, karantin qaydalarına əməl olunmadıqca on minlərlə şəxs xəstəxanalara yerləşdiriləcək.

Qeyd edək ki, bu günədək Ermənistanda 2 500-dən çox şəxs koronavirusa yoluxub, 39 nəfər ölüb.

Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan edilib.






Son Xəbər