XƏBƏR, DÜNYA
4-05-2020, 11:40

Əfqanıstanda hərbçiləri aparan avtomobil partladıldı - 18 ölü

Əfqanıstanda hərbçiləri aparan avtomobil partladıldı - 18 ölü

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində hərbçiləri aparan avtomobil partladılıb.

Qərbinfo.az-ın məlumatına görə, hadisə nəticəsində 18 hərbçi həlak olub.

Qeyd olunur ki, avtomobil nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayıb. Hadisə ilə bağlı “Taliban” radikal hərəkatı məsuliyyəti üzərinə götürüb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Taliban” ölkənin şimalında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həmin hadisə zamanı 5 hərbçi həlak olub.






Son Xəbər