XƏBƏR, SOSİAL
4-05-2020, 09:00

Samuxda 4,3 bal gücündə zəlzələ olub-Təkanlar ətraf rayonlarda da hiss olunub

Samuxda 4,3 bal gücündə zəlzələ olub-Təkanlar ətraf rayonlarda da hiss olunubMayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Təkanlar ətraf rayonlarda da hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə bildiriblər ki, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.






Son Xəbər