XƏBƏR, SOSİAL
4-05-2020, 08:56

Bölgələrdə SMS icazə sistemi ləğv edildi

Bölgələrdə SMS icazə sistemi ləğv edildi

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Qərbinfo.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, həmin bölgələrdə yaşayan vətəndaşlar icazə almadan yaşayış yerini tərk edə bilərlər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə icazə sistemi tətbiq ediləcək.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti may 31-dək uzadılıb.






Son Xəbər