XƏBƏR, DÜNYA
3-05-2020, 16:39

Tacikistanda koronavirusdan ilk ölüm qeydə alındı

Tacikistanda koronavirusdan ilk ölüm qeydə alındı

Tacikistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Tacikistan dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, ölkədə 2 nəfər virusdan dünyasını dəyişib. Hazırda Tacikistanda 76 koronavirusa yoluxmuş xəstə var. 2782 nəfər isə karantində saxlanılır.

Qeyd edək ki, Tacikistanda koronavirusa ilk yoluxma halı aprelin 29-da aşkar edilib.






Son Xəbər