XƏBƏR, SOSİAL
3-05-2020, 15:44

Rusiyada bir gündə 10 mindən çox yoluxma qeydə alındı

Rusiyada bir gündə 10 mindən çox yoluxma qeydə alındı

Rusiyada son bir gündə 85 bölgə üzrə koronavirusa 10 min 633 yeni yoluxma qeydə alınıb və ümumi yoluxma sayı 134 min 687-yə çatıb.

Qərbinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, gün ərzində 58 ölüm faktı təsdiqlənib. Ötən dövr ərzində isə 1280 nəfər koronavirusun qurbanı olub. 1626 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Rusiyada aparılmış testlərin nəticələri artıq dördüncü gündür ki, yeni yoluxma hallarının artdığını göstərir. Ümumilikdə, Rusiyada 3,9 milyondan çox koronavirus testi keçirilib.

Qeyd edək ki, hazırda Rusiya yoluxma sayına görə dünyada yeddinci yerdədir.






Son Xəbər