XƏBƏR, DÜNYA
3-05-2020, 11:31

Dünyada koronavirus qurbanlarının sayı 243 min nəfəri keçib

Dünyada koronavirus qurbanlarının sayı 243 min nəfəri keçib

Dünyada koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı sutkada 5 054 nəfər artaraq 243,829 nəfərə çatıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Con Hopkins Universiteti bildirib.

Ümumilikdə, universitetin məlumatlarına görə, COVİD-19 ilə 3 428 422 nəfər koronavirusa yoluxub, sutka ərzində arıtm 84 148 nəfər təşkil edib. 1 milyondan çox insan tam sağalıb.

ABŞ-da 100 mindən çox yoluxan şəxs qeydə alınıb - 1 133 069 (66 385 nəfər vəfat edib), İspaniya - 216 582 (25 100 nəfər vəfat edib), İtaliya - 209 328 (28 710 nəfər vəfat edib), Böyük Britaniya - 183 500 nəfər (28 131 nəfər vəfat edib), Fransa - 168 518 (24 729 nəfər vəfat edib), Almaniya - 164 967 (6 812 nəfər vəfat edib ), Türkiyə - 124 375 nəfər (3 336 nəfər vəfat edib).

Rusiyada 124 054 xəstələnmə və 1 222 ölüm halı aşkar edilib, 15 013 insan sağalıb.

Ümumilikdə dünyanın 200-ə yaxın ölkəsində və rayonunda koronavirus qeydə alınıb.






Son Xəbər