XƏBƏR, DÜNYA
2-05-2020, 18:46

İŞİD hərbçilərə hücum etdi: 10 nəfər öldürüldü

İŞİD hərbçilərə hücum etdi: 10 nəfər öldürüldü

İŞİD terror təşkilatının üzvləri İraqın Salah-ed-Din əyalətində şiə məzhəbli silahlı qüvvələrinin olduğu Haşed əş-Şaabi qalasına hücum ediblər.

Qərbinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətindən məlumat verilib. Bildirilib ki, hücum nəticəsində 10 hərbçi öldürülüb, 4 nəfər yaralanıb.

Terrorçuların hücumu dünən gecə saatlarında baş verib.






Son Xəbər