XƏBƏR, DÜNYA
2-05-2020, 08:51

Rusiyanın inşaat naziri koronavirusa yoluxub

Rusiyanın inşaat naziri koronavirusa yoluxub

Rusiyanın inşaat və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirusa yoluxublar

Qərbinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirin digər müavini Nikita Stasişin inşaat və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edəcək.

Qeyd edilir ki, V.Yakuşevin və D.Volkovun diaqnozları kompüter tomoqrafiyası ilə təsdiqlənib.






Son Xəbər