XƏBƏR, SOSİAL, HADİSƏ
1-05-2020, 19:50

Şəmkirdə kənd sakini 28 yaşlı bacanağını qətlə yetirdi - HADİSƏ

Şəmkirdə kənd sakini 28 yaşlı bacanağını qətlə yetirdi - HADİSƏ

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Qərbinfo.az-ın verdiyi xəbərə görə, Yeni Həyat kənd sakini 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, eyni zamanda bacanağı, 1992-ci il təvəllüdlü Hüseynov Elnur Salman oğlunu öldürüb.

E.Süleymanov kustar üsulla hazırlanmış silahdan E.Hüseynovun başına bir dəfə atəş açıb. Zərərçəkən hadisə yerində vəfat edib.

Qeyd edək ki, hadisəni törədən şəxs əvvələr iki dəfə cinayyət məsuliyyətinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər