XƏBƏR, SOSİAL
30-04-2020, 16:56

Komitə tərəfindən aksiya çərçivəsində daha 50 aztəminatlı ailəyə sosial dəstək göstərilib - ŞƏMKİR

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına şəmkirlilər tərəfindən də böyük dəstək göstərilir. Bu məqsədlə Rayon İcra Hakimiyyəti tərəfindən Şəmkirdə başladılan “Əl-Ələ Verək, Dəstək Olaq” layihəsinə qoşulmaq istəyənlərin sayı hər gün artmaqda davam edir.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Şəmkir rayon Komitəsi "Əl-Ələ Verək, Dəstək Olaq" aksiyasına qoşularaq 50 aztəminatlı ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərib.

Ərzaq bağlamaları ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanılır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.

Qeyd edək ki, rayonun yerli iş adamları, sahibkarları, Rusiyada yaşayan, çalışan imkanlı şəxsləri də aztəminatlı ailələrə yardım kampaniyasına qoşulur, ehtiyacı olan ailələrə dəstək verirlər.

Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Son Xəbər