XƏBƏR, DÜNYA
30-04-2020, 08:54

Qarabağda xidmət yoldaşını güllələyən erməni əsgər intihar edib

Qarabağda xidmət yoldaşını güllələyən erməni əsgər intihar edib

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb.

Qərbinfo.az xəbər verir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib.

Şahidlərin dediyinə görə, özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər