XƏBƏR, DÜNYA
29-04-2020, 23:56

ABŞ-da səhvən göndərilən yardım çekləri vətəndaşlardan geri tələb edilib

ABŞ-da səhvən göndərilən yardım çekləri vətəndaşlardan geri tələb edilib

"Koronavirusla mübarizə çərçivəsində səhvən vəfat etmiş şəxslərə göndərilən yardım çeklərini miras sahibləri dövlətə geri qaytarmalıdır".

Qərbinfo.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın maliyyə naziri Stiven Mnuçin çıxış edib.

O bildirib ki, problem sistemdə baş verən çatışmazlıq ucbatından baş verib və həmin çeklər mütləq geri alınacaq.

Qeyd edək ki, ABŞ-da təxminən 150 milyon vətəndaşın 1200 dollarlıq yardım alması planlaşdırılır.






Son Xəbər