XƏBƏR, DÜNYA
29-04-2020, 19:54

Ermənistanda hüquq-mühafizə orqanı mövcud deyil

Ermənistanda hüquq-mühafizə orqanı mövcud deyil

Ermənistanın baş naziri Nikol Paşinyanın səriştəsiz rəhbərliyi nəticəsində polis hüquq-mühafizə orqanı kimi hazırkı şəraitdə mövcud deyil.

Qərbinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan "Twitter" səhifəsində yazıb.

"Dünən Qavarda baş vermiş hadisələr bu həqiqəti tamamilə təsdiqləyir", - deyə Vanetsyan vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistanda baş vermiş silahlı insdent zamanı iki nəfər ölüb, 4 nəfər yaralanıb.






Son Xəbər