XƏBƏR, MARAQLI
29-04-2020, 11:51

Nazirlik yeni layihəyə start verib

Nazirlik yeni layihəyə start verib

27 Aprel tarixindən başlayaraq Gənclər və İdman Nazirliyi yeni layihəyə start verib.

Nazirlikdən Qərbinfo.az -a verilən məlumata görə, layihə gənclərin diqqət və marağını dünya incəsənəti sahəsinə yönəltməklə bərabər, eyni zamanda, onların özlərinin yaradıcılıq potensialını inkişaf etdirmələri üçün də gözəl imkan olacaq. Yeni və bütövlüklə on-line baş tutacaq layihənin digər bir üstünlüyü ondadır ki, indiki karantin dövründə gənclər digər ailə üzvlərini də bu fəaliyyətə qata və ya onların dəstəyindən istifadə edə bilərlər.

On-line müsabiqə gənclər arasında son zamanlar dəbdə olan kospley yaradıcılığına əsaslanır. Amma bu layihə daha böyük yaradıcılıq və “ixtiraçılıq” tələb edir.

Məhz buna görə məşhur rəsmləri canlandıracaq “Bənzət, baxım!” layihəsinin şüarı “Yarat, öyrən, qazan!”dır.

Müsabiqə 12 may 2020-ci il tarixinədək davam edəcək. Bu müddətdə artcis.az saytında təşkilatçılar tərəfindən seçilmiş 10 rəsm əsərindən istənilən birini seçərək bənzəri yaradılmalı;

bunun fotoşəkli çəkilməli;

çəkilmiş fotoşəkli anket forması ilə birgə 12 may 2020-ci il tarixinədək info@artcis.az ünvanına göndərməlidir.

Bütün şəkillər saytda və eyni adlı Facebook və İnstaqramda yerləşdiriləcək.

Qaliblər 15 may 2020-ci il tarixdə elan ediləcək. Qalibləri mükafat gözləyir.

Artcis.az saytında sizə kömək məqsədi ilə indiyədək “canlandırılmış rəsm” əsərlərinin uğurlu nümunələri yerləşdirilib.

Qeyd etmək vacibdir ki, müsabiqə iştirakçısı:

öz sənədini karantin rejiminə riayət etməklə yaratmalıdır (ev şəraitində);

öz istəyinə görə təşkilatçıların təklif etdiyi rəsmdən başqa bir rəsmi canlandıra bilər. Bu halda əsərin və əsər müəllifinin tam və düzgün adı göstərilməlidir.

Ətraflı məlumat artcis.az saytında






Son Xəbər