XƏBƏR, İDMAN
28-04-2020, 09:57

Ölkəmizi avrokuboklarda təmsil edəcək voleybol klubları yaxın günlərdə müəyyənləşəcək

Ölkəmizi avrokuboklarda təmsil edəcək voleybol klubları yaxın günlərdə müəyyənləşəcək

Dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycan voleyboluna da təsirsiz ötüşməyib. Belə ki, qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın oyunları mart ayından etibarən dayandırılıb.

Qərbinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, vaxtsız dayandırılan çempionatın nəticələri və 2020-2021-ci il mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları yaxın günlərdə açıqlanacaq.






Son Xəbər