XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
25-04-2020, 19:32

Prezident İlham Əliyev Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşılayıb

Prezident İlham Əliyev Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.

Qərbinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:

“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.

Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Bakı şəhəri, 25 aprel 2020-ci il”.






Son Xəbər