XƏBƏR, SİYASƏT
23-04-2020, 23:53

Səfirlik Türkiyəyə qayıtmaq istəyənlərə müraciət etdi

Səfirlik Türkiyəyə qayıtmaq istəyənlərə müraciət etdi

Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrinə qayıtmaq istəyən vətəndaşlarına müraciət edib.

Qərbinfo.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat paylaşılıb.

“Bakıdan bu gecə 01:55-də TK-335 və sabah, aprelin 24-də 14:30-da havaya qalxacaq TK-333 təyyarələrinə bilet satışı Heydər Əliyev adına Hava Limanının köhnə terminalında həyata keçiriləcək.

Vətəndaşlarımızdan gömrük və bilet alma prosedurlarının uzun vaxt apara biləcəyini nəzərə alaraq, beş saat əvvəl hava limanına gəlmələri xahiş edilir”






Son Xəbər