XƏBƏR, DÜNYA
22-04-2020, 21:54

Qüdsdə terror aktının qarşısı alınıb

Qüdsdə terror aktının qarşısı alınıb

İsrail təhlükəsizlik xidməti orqanları Qüdsdə Teddi stadionunu hədəf alan terror aktının qarşısını alıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu "Twitter" hesabında yazıb.

"ŞABAK-a, orduya və polisə Teddi stadionuna hücumun qarşısını aldığına görə təşəkkür edirəm. Əla işdir. Biz daim terrorla mübarizə aparırıq", -deyə Netanyahu vurğulayıb.

Təhlükəsizlik xidməti orqanlarından bildirilib ki, hücumları planlaşdırmaqda şübhəli bilinən şəxslər bu ilin mart ayında həbs ediliblər. Onlardan ikisi fələstinli, bir nəfər isə İsrailin ərəb əsilli vətəndaşıdır.






Son Xəbər