XƏBƏR, MARAQLI
21-04-2020, 15:55

Azərbaycanda oflayn imtahanlar keçirilə bilər

Azərbaycanda oflayn imtahanlar keçirilə bilər

İndi yalnız onlayn deyil, oflayn imtahanların keçirilməsi də müzakirə edilir.

Qərbinfo.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, DİM onlayn imtahanların keçirilməsinə hazırdır:

”Bunu təmin etmək üçün çox ciddi maliyyə resursu da lazımdır. Burada internetin sürəti və s. ilə bağlı müəyyən texniki məsələlər də ortaya çıxır. İndi yalnız onlayn deyil, oflayn imtahanların keçirilməsi də müzakirə edilir”.

M.Abbaszadə qeyd edib ki, onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər:

“Oflayn imtahan odur ki, biz şagirdləri hansısa zala dəvət edib orada avadanlığı təmin etməklə imtahan keçiririk, onlar prosesdə iştirak edirlər. Hazırda ölkədə olan imkanlar müzakirə edilir”.






Son Xəbər