XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL, VİDEO
21-04-2020, 12:35

Şəmkir sakinləri onlara göstərilən sosial dəstəyə görə Prezident İlaham Əliyevə təşəkkür etdilər

Şəmkir sakinləri onlara göstərilən sosial dəstəyə görə Prezident İlaham Əliyevə təşəkkür etdilər

Şəmkir rayonunda həyata keçirilən "Əl-Ələ Verək Dəstək Olaq" başlıqlı həmrəylik layihəsi Şəmkir rayonunda aztəminatlı ailələri sevindirməkdə davam edir.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayonunda həyata keçirilən layihə Rarayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Prezident İlham Əliyevin #BizBirlikdəGüclüyük çağrışına dəstək olmaq, bu çağırışda fəal iştirak etmək, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasına qarşı, rayonda davamlı müqavimətin təmin olunmasına nail olmaq məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, layihə qısa zaman ərzində, əsl həmrəylik simvoluna çevrilərək, rayonda və xaricdə yaşayan şəmkirliləri, iş adamları və sahibkarları, çox sayda vətənpərvər insanları öz ətrafında toplayıb.

Həyata keçirilən layihə çərçivəsində 7860 şəmkirli ailəsinin "Ümid Süfrəsi" qurulub. Onlara maddi və mənəvi dəstək göstərilib.

Sakinlər bu xeyirxah təşəbbüsə və onlara göstərilən sosial dəstəyə görə, Prezident İlham Əliyevə və bütün xeyirxah insanlara minnətdarlıq hisslərini ifadə ediblər.

















Son Xəbər