XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
21-04-2020, 09:26

Şəmkir rayon Əliyaqublu kənd sakini, Çernobıl əlili Prezident İlham Əliyevə minnətdarlıq edib

Şəmkir rayon Əliyaqublu kənd sakini, Çernobıl əlili Prezident İlham Əliyevə minnətdarlıq edib

Şəmkir rayon Əliyaqublu kənd sakini, Çernobıl əlili Kazımov Mahir İbrahim oğlu Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az həmin minnətdarlıq məktubunu təqdim edir.

“Çox hörmətli və əziz Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin yetirməsi, onun zəngin təcrübəsindən yararlanan dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir.

Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır.

Dərin hörmətlə,

Kazımov Mahir İbrahim oğlu, Çernobıl əlili.”






Son Xəbər