XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
20-04-2020, 12:58

Milli Qəhrəman anası Prezidentə təşəkkür etdi

Milli Qəhrəman anası Prezidentə təşəkkür etdi

Goranboy rayonunun Tatarlı kəndindən Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva Prezident İlham Əliyevə məktub göndərərək koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı atdığı addımlara görə ona minnətdarlıq edib.

Qərbinfo.az xəbər verir ki, Milli Qəhrəman anası məktubunda yazır: “Hörmətli cənab Prezident, dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm. Mən Milli Qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaq. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun!”.






Son Xəbər