XƏBƏR, SİYASƏT
17-04-2020, 09:23

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar bu ölkəyə minnətdarlığını bildirib.

Qərbinfo.az xəbər verir ki, paylaşımda deyilir: “Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”






Son Xəbər