XƏBƏR, SİYASƏT
15-04-2020, 18:57

Özbəkistan Azərbaycana yeni səfir təyin edib

Özbəkistan Azərbaycana yeni səfir təyin edib

Özbəkistan Maliyyə Nazirliyi nəzdində Büdcəxarici pensiya fondunun sabiq icraçı direktoru Bahrom Əşrəfxanov bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Qərbinfo.az bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Yeni təyin olunan səfir aprelin 14-də Bakıya gəlib.

Qeyd edək ki, o, 2020-ci ilin martınadək Büdcəxarici pensiya fondunun icraçı direktoru vəzifəsində işləyib. 2016-2018-ci illərdə Özbəkistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.






Son Xəbər