XƏBƏR, SİYASƏT
15-04-2020, 12:58

Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür edib

Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür edib

"Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildirirəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!"

Qərbinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Twitter" səhifəsində yazıb. O, Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rənglərində işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.






Son Xəbər