XƏBƏR, İDMAN
15-04-2020, 10:57

Qarabağdakı separatçı rejimin yeni rəhbəri məlum oldu

Qarabağdakı separatçı rejimin yeni rəhbəri məlum oldu

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə Araik Arutyunyan rəhbərlik edəcək.

Qərbinfo.az xəbər verir ki, ötən gün qondarma qurum tərəfindən "prezident seçkilərinin ikinci turu" keçirilib. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, 120-dən çox ölkə hələ qondarma "seçkiləri" tanımadıqları barədə bəyanat vermişdilər, separatçı rejim qanunsuz əməlini davam etdirərək dünən "seçkilərin ikinci turu"nu keçirib.

Separatçıların yeni rəhbəri "seçilən" Arutyunyan daha əvvəl Qarabağda yaradılan qondarma qurumun "baş naziri" olub.






Son Xəbər