XƏBƏR, MARAQLI
14-04-2020, 12:59

Regionlara qar yağıb

Regionlara qar yağıb

Aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Qərbinfo.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3 mm, Astara, Şamaxıda 2 mm, Mərəzədə 0.6 mm, Yardımlıda 0.4 mm olub.

Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, aran rayonlarında 13-17, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 7-16 dərəcə isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta təşkil edib.






Son Xəbər